Türkiyənin "Beşiktaş” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
İstanbul təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, İngiltərə "Mançester Yunayted”indən Erik Bayi transfer olunub.
Qeyd edək ki, 29 yaşlı müdafiəçi 2016-cı ildən "qırmızı-şeytanlar”ın formasını geyinib. O, ötən mövsüm icarə əsasında Fransa "Marsel"ində çıxış edib.