“Beşiktaş” - “Neftçi” oyununun başlama saatı dəyişdirildi

İDMAN
10:06 17.08.2023
172
"Neftçi”nin Türkiyədə "Beşiktaş”a qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun başlama saatı dəyişdirilib.

AZXEBER.COM xəbər verir ki, qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi Bakı vaxtı ilə 21:00-da yox, 22:00-da start götürəcək.

Bunun hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, "Neftçi Arena”dakı ilk matçda Azərbaycan təmsilçisi 1:3 hesabı ilə məğlub olub.
OXŞAR XƏBƏRLƏR