Futbol üzrə Türkiyə superliqasının “Beşiktaş” – “Qalatasaray” qarşılaşmasında baş verən qalmaqal hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
AZXEBER.COM-un məlumatına görə, oyunun son dəqiqələrində meydançaya daxil olduğu üçün tutulan 67 azarkeş sərbəst buraxılıb.
Lakin bu şəxslər 1 il müddətində futbol matçlarına buraxılmayacaq.
“Beşiktaş” klubuna veriləcək cəza isə çərşənbə günü Türkiyə Futbol Federasiyası tərəfindən açıqlanacaq.