“Beşiktaş” – “Qalatasaray” derbisində aranı qarışdıranlar cəzalandırıldı

İDMAN
16:27 23.09.2013
1347

Futbol üzrə Türkiyə superliqasının “Beşiktaş” – “Qalatasaray” qarşılaşmasında baş verən qalmaqal hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

AZXEBER.COM-un məlumatına görə, oyunun son dəqiqələrində meydançaya daxil olduğu üçün tutulan 67 azarkeş sərbəst buraxılıb.

Lakin bu şəxslər 1 il müddətində futbol matçlarına buraxılmayacaq.

“Beşiktaş” klubuna veriləcək cəza isə çərşənbə günü Türkiyə Futbol Federasiyası tərəfindən açıqlanacaq.

OXŞAR XƏBƏRLƏR