Türkiyənin “Beşiktaş” klubu Avropa Liqasına qrup lideri kimi 1/16 finala yüksəlib.Son turda “qara qartallar” İngiltərənin “Stok Siti” klubunu məğlubiyyətə uğradıblar – 3:1. “Fiyapı İnönü” stadionunda təşkil olunan qarşılaşmada hesabı qonaqlar açıb. 29-cu dəqiqədə Rikardo Fuller fərqlənib. 57-ci dəqiqədə Metyu Apson “Stok Siti”nin cərimə meydançası daxilində “Beşiktaş”lı futbolçunu kobudluqla dayandırıb. Apsonu meydançadan qovan baş hakim penalti təyin edib. Manuel Fernandes zərbəni dəqiq yerinə yetirib. 74-cü dəqiqədə Mustafa Pektemek meydan sahiblərini önə çıxarıb, 82-ci dəqiqədə isə Edu yekun nəticəni müəyyənləşdirib. “Beşiktaş” “Stok Siti” ilə birgə mərhələ adlayıb. Lakin E qrupunu lider kimi tamamlaması Türkiyə təmsilçisinə 1/16 final mərhələsində münasib rəqiblə düşmək imkanı yaradıb. Bu komandalardan əlavə, son turun ilk oyun gününün nəticələrinə əsasən, İtaliyanın “Latsio”, Avstriyanın “Zalsburq”, Rumıniyanın “Styaua” və Polşanın “Visla” klubları da mərhələ adlayıb. Daha öncə İspaniyanın “Atletiko” və “Atletik”, Almaniyanın “Hannover” və “Şalke”, Hollandiyanın PSV və “Tvente”, Belçikanın “Anderlext” və “Standard”, Portuqaliyanın “Braqa” və “Sportinq”, Rusiyanın “Lokomotiv”, Polşanın “Legiya”, Yunanıstanın PAOK, Ukraynanın “Metallist” Avroliqanın, İngiltərənin “Mançester Yunayted” və “Mançester Siti”, İspaniyanın “Valensiya”, Türkiyənin “Trabzonspor”, Hollandiyanın “Ayaks”, Yunanıstanın “Olimpiakos”, Portuqaliyanın “Portu” və Çexiyanın “Viktoriya” (Plzen) komandaları isə Çempionlar Liqasının qrup mərhələsindən 1/16 finala yüksəliblər. Qalan 4 vəsiqənin taleyinə dekabrın 16-da keçiriləcək VI turun son 12 matçından sonra aydınlıq gələcək. D qrupu “Sürix” (İsveçrə) – “Vasluy” (Rumıniya) – 2:0 “Latsio” (İtaliya) – “Sportinq” (Portuqaliya) – 2:01. “Sportinq” – 12 xal 2. “Latsio” – 9 3. “Vasluy” – 6 4. “Sürix” – 5E qrupu “Dinamo” (Kiyev, Ukrayna) – “Makkabi” (Təl-Əviv, İsrail) – 3:3 “Beşiktaş” (Türkiyə) – “Stok Siti” (İngiltərə) – 3:11. “Beşiktaş” – 12 xal 2. “Stok Siti” – 11 3. “Dinamo” – 7 4. “Makkabi” – 2F qrupu “Slovan” (Slovakiya) – “Zalsburq” (Avstriya) – 2:3 PSJ (Fransa) – “Atletik” (İspaniya) – 4:21. “Atletik” – 13 xal 2. “Zalsburq” – 10 3. PSJ – 10 4. “Slovan” – 1J qrupu “Makkabi” (Hayfa, İsrail) – “Şalke” (Almaniya) – 0:3 “Styaua” (Rumıniya) – AEK (Larnaka, Kipr) – 3:11. “Şalke” – 14 xal 2. “Styaua” – 8 3. “Makkabi” – 6 4. AEK – 5K qrupu “Visla” (Krakov, Polşa) – “Tvente” (Hollandiya) – 2:1 “Fulhem” (İngiltərə) – “Odense” (Danimarka) – 2:21. “Tvente” – 13 xal 2. “Visla” – 9 3. “Fulhem” – 8 4. “Odense” – 4L qrupu “Anderlext” (Belçika) – “Lokomotiv” (Rusiya) – 5:3 “Şturm” (Avstriya) – AEK (Afina, Yunanıstan) – 1:31. “Anderlext” – 18 xal 2. “Lokomotiv” – 12 3. AEK – 3 4. “Şturm” – 3Bombardir: Matias Suares (“Anderlext”) – 7 qol.