"Beşiktaş"dan səs-küylü qərar - Derbidə etiraz planı

"Beşiktaş"dan səs-küylü qərar - Derbidə etiraz planı
İDMAN
13:18 12.03.2025
186
Türkiyə futbolunda xarici hakim məsələsi ilə bağlı mübahisələr davam edir. Bu məsələdə ən çox səs-küy yaradan klublardan biri "Beşiktaş" olub.

AZXEBER.COM xəbər verir ki, "Qalatasaray" - "Fənərbağça" matçına xarici hakim təyin olunduqdan sonra "Beşiktaş" prezidenti Serdal Adalı klubun rəsmi mövqeyini açıqlayıb və Tüpraş stadionunda keçiriləcək "Beşiktaş" - "Qalatasaray" derbisinə də xarici hakim təyin olunmasını tələb edib.

"Beşiktaş" rəhbərliyi bu məsələdə rəsmi addım ataraq Türkiyə Futbol Federasiyasına (TFF) rəsmi müraciət edib. Lakin federasiyanın qeyri-müəyyən açıqlamaları və Zorbay Küçükün son oyunlardakı idarəçiliyi klub rəhbərliyinin səbrini daşırıb.

İstanbul təmsilçisinin azarkeşləri "Derbiyə türk hakim istəmirik" və "Futbolun qatili türk hakimləridir" şüarları səsləndiriblər. Klub rəhbərliyi də bu mövzuda fövqəladə toplantı keçirib. Əgər "Qalatasaray" derbisinə türk hakim təyin olunarsa, "Beşiktaş" futbolçularının dünyada böyük səs-küy yaradacaq bir etiraz aksiyası keçirəcəyi bildirilib.

Türkiyə mediasının məlumatına görə, futbolçular matç zamanı formalarını çıxarıb beş qırmızı kart görərək meydanı tərk etməyi düşünürlər. Bu addım oyunun yarımçıq qalması ilə nəticələnə bilər.

"Beşiktaş" rəhbərliyi bərabərlik prinsipinə əsaslanaraq "Qalatasaray" derbisinə də xarici hakim təyin olunmasını tələb edir və TFF-dən bu barədə təcili qərar gözləyir.

Qeyd edək ki, "Beşiktaş" - "Qalatasaray" derbisi martın 17-də keçiriləcək.
OXŞAR XƏBƏRLƏR