"Qara Qartal” Arsenalla sezon müqaviləsi bitən türk əsilli futbolçu Məsut Özili transfer etmək niyyətindədir.
AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, 1 ay öncə dünyaşöhrətli futbolçunun meneceri ilə görüşən klub ilk təklifini edib. İddialara görə, "Beşiktaş”ın Çempionlar Liqasındakı uğurları Özilin bu təklifə isti baxacağı yönündədir.
Bundan başqa klubun Özillə yanaşı bir sıra dünyaşöhrətli futbolçulara təklif göndərdiyi də iddia edilir.
Klubdan verilən açıqlamaya görə, yaxın günlərdə onların da adları açıqlanacaq.