“Beşiktaş”ın istədiyi futbolçu “Ayaks”dan ayrıldı

İDMAN
13:31 15.07.2023
232

Serbiyalı futbolçu Duşan Tadiç "Ayaks”dan ayrılıb.

Bu barədə Niderland klubunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 34 yaşlı vingerlə müqaviləyə xitam verilib.

Qeyd edək ki, D.Tadiç 2018-ci ildə İngiltərə "Sauthempton”undan "Ayaks”a keçib. Onun karyerasını Türkiyənin "Beşiktaş” klubunda davam etdirəcəyi gözlənilir.
OXŞAR XƏBƏRLƏR