"Beşiktaş"ın yeni baş məşqçisi müəyyənləşib.
İstanbul təmsilçisini Abdullah Avcı çalışdıracaq.
Bu gün "Başakşehir" klubunda prezident Göksal Gümüşdağla görüşən Avcı istefasını təqdim edib. Artıq "Başakşehir"lə yollarını ayıran təcrübəli mütəxəssis tezliklə "Beşiktaş"la münasibətləri rəsmiləşdirəcək. O, yeni komandası ilə 3 illik müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, "Beşiktaş"dan ayrılan baş məşqçi Şenol Günəş Türkiyə yığmasını çalışdırır.
goal.az