"Beşiktaş"lı futbolçu Gökhan Törənin aprel ayında gecə barlarının birində güllə ilə vurulduğu anın videosu yayılıb.Gecə klubunun təhlükəsizlik kameralarından götürülən görüntülərdə bara daxil olan bir nəfər 4-5 dəfə havaya atəş açır. Silah səslərindən sonra əvvəlcə Can İpəkçi, onun ardınca isə Gökhan Törənin səndələyə-səndələyə məkandan çıxdığı görünür. //publika.az