Türkiyə Super liqasında, çempionluq uğrunda mübarizə aparan "Fənərbaxça", doğma meydanda "Beşiktaş”ı qəbul edib.
AZXEBER.COM-un məlumatına görə, gərgin keçən 90 dəqiqənin tamamında, "Fənərbaxça"rəqibini 2-1 hesabı ilə məğlub etməyi bacarıb. Oyunun 54-cü dəqiqəsində, "Beşiktaş" Egemenin qolu ilə önə keçsə də, "Fənərbaxça" 57-ci dəqiqədə Stokla hesabı bərabərləşdirib. "Fənərbaxça"ya qələbə qazandıran qol isə, 84-cü dəqiqədə "Beşiktaş"lı Egemendən gəlib. Belə ki, Egemen topu uzaqlaşdırmaq istəyərkən aftaqola imza atıb.
Qeyd edək ki, Bu qələbə ilə "Fənərbaxça", lider "Qalatasaray"laxal fərqini 2-yə endirib.
Ozal İbrahimli