‘Beşiktaş’lı futbolçular azərbaycanlı gənc üçün videomüraciət hazırladılar - FOTOLAR

DÜNYA
18:31 14.02.2016
5239

Son günlər sosial şəbəkələrdə başladılan “İbrahim Fərhadlıya dəstək olaq!” askiyası böyük marağa səbəb olub.

AZXEBER.COM xəbər verir ki, artıq askiyaya “Beşiktaş” klubunun məşhur futbolçuları Gökhan Töre ve Olcay Sahan da dəstək olublar. Onlar özləri İbrahimə videomüraciət hazırlayıblar.

Xatırladaq ki, Türkiyəyə imtahan verməyə yola düşən azərbaycanlı tələbə İbrahim Fərhadlının (Hacıyev) səhhəti İstanbulda qəfildən pisləşmiş və onu təəcili tibbi yardımla xəstəxanaya qaldırmışdılar. Müayinədən sonra ona B-ALL tipli Leykoz xəstəliyi diaqnozu qoyulub. Hazırda onun ailəsinin ciddi maliyyə dəstəyinə ehtiyyacı var.

Artıq xəstənin bütün xərclərinin qarşılanması üçün sosial şəbəkələrdə başladılan aksiyaya televiziyalar, radio və internet saytlarından böyük dəstək gəlməkdədir.

Videomüraiəti buradan izləyə bilərsiniz:  https://www.facebook.com/groups/1677439615859604/

OXŞAR XƏBƏRLƏR