Bəstəkar mərhum dostunun qızına verdiyi sözü tutdu - FOTOLAR

MƏDƏNİYYƏT
15:30 11.12.2012
2442
Sahib olduğu sənəti ilə əksər həmkarlarından seçilməyə müvəffəq olan vokalçı Lətifə Soy öz yaradıcılığı üzərində dayanmadan yeniliklər etməkdədir.AZXEBER.COM-un məlumatına görə, birdən-birə üç yeni mahnısını dinləyicilərə təqdim etməyə hazırlaşır. Sözləri Sona Arifə, musiqisi xalq artisti Faiq Sücəddinova məxsus olan “Başımın tacı” adlı mahnı Yaşar Baxış tərəfindən aranjeman olunur və ilin son gününə qədər ərsəyə gələcək.Lətifənin mərhum atası, tanınmış incəsənət xadimi Akif Fətəliyevlə bir vaxtlar möhkəm dostluq edən Faiq müəllim, ötən ay müğənninin “Prima” adlı albomunun təqdimatında iştirak edərkən söz vermişdi ki, onların çox uğurlu yaradıcı əməkdaşlıqları başlayacaq. Sözünü tutan xalq artisti vokal imkanlarını yüksəl qiymətləndirdiyi Lətifə üçün real hit olacaq bəstə yazıb.Əməkdaşımızla söhbəti zamanı Lətifə böyük sənətkara təşəkkürlərini belə ünvanladı: “Faiq Sücəddinov kimi bəstəkarın etibarını qazanmaq xoşbəxtliyi hər sənətçiyə nəsib olmur. Təşəkkür edirəm ki, mənə etibar etdi. Mahnı ürəyimi, ruhumu oxşayır. Nədənsə, içimdə qəribə rahatlıq var. Özümü bəxti gətirən ifaçı hesab edirəm. Əminəm ki, bu mahnı 2013-cu ilin ilk hiti olacaq. Faiq müəllimin yazdığı digər iki mahnını da yeni ildən sonra lentə aldıracağam”.Lətifənin yaradıcılığındakı yeniliklər bununla bütünləşmir. O, sənəti üzrə İtaliyada ustad dərsləri almağı da qarşısına məqsəd qoyub: “Dünyanın ən tanınmış və peşəkar vokal müəllimlərindən dərs almaq gerçəkləşdirəcəyim arzular sırasında ən realıdır. Yalnız zirvəyə doğru addımlamaq yolunda qarşımdakı bütün maneələri dəf etmək üçün özümdə çox böyük güc hiss edirəm”.

OXŞAR XƏBƏRLƏR