Bəy gəlini qoydu qaçdı - VİDEO

MARAQLI
14:25 27.06.2012
3391
Amerikadakı bir nigah mərasimində qonaqların bəy və gəlinlə birlikdə xatirə şəkli çəkdirmək həvəsi qəza ilə nəticələnib.
Hadisə Erik və Meqan Velber cütlüyünün toyunda baş verib. Məlumata görə, qonaqlar və ailə quran cütlük gölün üzərindəki pltformanın üstündə şəkil çəkdirmək istəyib. Qəfildən platformanın çökməsi ilə bəy və gəlinlə qonaqlar suya düşüb. Hadisəni xəbər mövzusu edən isə bəyin gəlini xilas etmək əvəzinə sahilə doğru qaçması olub. Bəyin bu hərəkəti gəlinin kefini pozsa da kürəkən daha sonra gələcək həyat yoldaşının könlünü almağa müvəffəq olub. Qonqlar daha sonra çəmənlikdə şəkil çəkdiriblər.
OXŞAR XƏBƏRLƏR