Bəy toy gecəsi qorxusundan gəlini qoyub qaçdı - İlginc səbəb

Bəy toy gecəsi qorxusundan gəlini qoyub qaçdı - İlginc səbəb
DÜNYA
10:54 20.11.2017
18956

Türkiyənin Manisa şəhərinin Yuntdağı ərazisində ənənəvi "toy işgəncəsi" səbəbiylə toydan sonra ona ediləcəklərdən qorxan bəy gəlini qoyub, qaçıb.

Yunusemre qəsəbəsində dolanışığını əkinçiliklə təmin edən Ferhat Balaban (26), Berivan Aksoy (26) ilə ailə həyatı qurub. Gənc cütlüyün toy mərasimi keçirilib.

Toydan sonra adətlərinə görə "sağdişlərin"in ona edəcəklərindən xəbərdar olan bəy gəlinin evə gətirildiyi məqamda evin arxa qapısından qaçıb.

Bəyin "sağdiş"i Cihan Balaban adətlərinə görə məhəllədə evlənən hər bəyə "işgəncə" edildiyini bildirərək, ilk dəfə bir bəyin məhəlləni tərk etdiyini deyib.

Digər "sağdiş"lərlə səhərə qədər gözləyəcəklərini deyən Balaban fikirlərinə bu sözlərlə davam edib:

"İllərdir bizim məhəllənin bir adət-ənənəsi var. "Sağdiş"lər olaraq toyun gözəl olması üçün əlimizdən gələn hər şeyi etdik. Bu zamana qədər görünməmiş bir şey oldu. Bəy qaçdı. Ötən illərdə bizə qarşı edilən işgəncələrin əvəzini çıxarmaq istəyirik. Bəyi tapıb, gətirənə və ya gizləndiyi yeri deyənə 500 lirə veriləcək.

Bəyin atası oğlunun toy axşamı qaçmağına səbəb olan "sağdiş"lərdən polisə şikayət edəcəyini deyib.

 

Ana Ummuhan Balaban isə oğlunun "sağdiş"lərə görə qaçdığını "Mənim uşağıma işgəncə edəcəklər deyə mən qorxurdum. Hətta "Mənə yuxu dərmanı içirsinlər, görməyim, nə edirlər etsinlər" dedim. Necə oldu mən də anlamadım. Övladım qaçıb, qurtulub. Mənim övladımı tapsınlar" sözləri ilə izah etməyə çalışıb.

Məhəllədəki "toy işgəncəsi" adət-ənənəsinə görə bəyin boynuna zınqırov, belinə yəhər taxılır, daha sonra isə ayaqları betonun içinə salınan bəy soyuq su ilə isladılır. Bununla da kifayətlənməyən "sağdiş"lər, bəyi axura apararaq, heyvanların içində gəzdirirlər. Sonra isə bəyin üzünə un və boya tökürlər.

///Milli.Az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ən çətin yola gedən 3 BÜRC - Onlarla eyni məkanda olmaq da ağırdır
17:01 04.03.2025
Ən çətin yola gedən 3 BÜRC - Onlarla eyni məkanda olmaq da ağırdır
“Komedixana”nın aktrisası nənə olacaq
16:48 04.03.2025
“Komedixana”nın aktrisası nənə olacaq
Prezidentin şiddətli töhmət verdiyi Fuad Nağıyev kimdir? - DOSYE
16:31 04.03.2025
Prezidentin şiddətli töhmət verdiyi Fuad Nağıyev kimdir? - DOSYE
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
16:27 04.03.2025
Birbank-lılar “Yaşıl gələcək” naminə 2800-dən çox ağac əkdilər
"Bir çox direktor üçün rüşvət almaq məktəb idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib" - Təhsil eksperti
16:14 04.03.2025
"Bir çox direktor üçün rüşvət almaq məktəb idarəçiliyinin ayrılmaz hissəsinə çevrilib" - Təhsil eksperti
Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında emorandum imzalandı -FOTO
16:09 04.03.2025
Veysəloğlu Şirkətlər Qrupu ilə Bakı Ali Neft Məktəbi arasında emorandum imzalandı -FOTO
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
16:02 04.03.2025
Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi
Azərbaycan dili imtahanının nəticələri elan olundu
15:42 04.03.2025
Azərbaycan dili imtahanının nəticələri elan olundu
BMT-nin gözü niyə soyqırım qurbanlarını görmür?
15:40 04.03.2025
BMT-nin gözü niyə soyqırım qurbanlarını görmür?
Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qayıtmaq niyyətindədir
15:27 04.03.2025
Ukrayna Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna qayıtmaq niyyətindədir
Toral Bayramov xanımına bahalı avtomobil hədiyyə etdi — FOTOLAR
15:16 04.03.2025
Toral Bayramov xanımına bahalı avtomobil hədiyyə etdi — FOTOLAR
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
15:10 04.03.2025
Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ
Vüsalə Mahirqızı: “Türk və islam dövlətlərinin ortaq media platformalarının inkişafına ehtiyac var”
14:54 04.03.2025
Vüsalə Mahirqızı: “Türk və islam dövlətlərinin ortaq media platformalarının inkişafına ehtiyac var”
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
14:42 04.03.2025
“Bakcell” Sumqayıtda yeni Müştəri Xidmətləri Mərkəzini istifadəyə verdi
“Azərkosmos”un rəhbəri nazir müavini təyin edildi
14:37 04.03.2025
“Azərkosmos”un rəhbəri nazir müavini təyin edildi
Nazirlikdən özəl tibb müəssisələri ilə bağlı - Xəbərdarlıq
14:35 04.03.2025
Nazirlikdən özəl tibb müəssisələri ilə bağlı - Xəbərdarlıq