"Bəyənmədiyim müğənni mənim verilişimdə ola bilməz!"

"Bəyənmədiyim müğənni mənim verilişimdə ola bilməz!"
MAQAZİN
11:38 28.01.2026
309
Aparıcı İsa Şükürov çıxışı ilə gündəm olub.
 
AZXEBER.COM xəbər verir ki, o, verilişlərdə baş verən hadisələrə görə aparıcıların qınanılmasına münasiət bildirib.
 
"Tarixin bir günü" verilişinə müvəqqəti aparıcılıq edən İsa tənqidlərə özünəməxsus şəkildə cavab verib:
 
"Verilişdə olan bəzi məsələləri aparıcının üzərinə atmaq olmaz. Görmək istəmədiyim müğənni mənim verilişimdə ola bilməz. Mahısını, özünü, sənətini bəyənmədiyim müğənni verilişimə gəlib mənim qabağımda otura bilməz. Mənim verilişimdədirsə demək ki, ona hörmətim var. Əks halda mən elə sənətçilərlə dialoqa girmirəm. Bəzi müğənilər mənim verilişimə çıxmaq istəsələr də çıxa bilməzlər, çünki mən onlarla danışmaq istəmirəm.
 
Biz bu gün tamaşaçı üçün çalışırıq. Mənim sosial şəbəkəmə hər gün yüzlərlə mesaj yazırklar ki, niyə Vəfa Şərifovanı, Rəqsanə İsmayılovanı, Aysun İsmayılovanı, Nəfəsi dəvət etmirsən? Bunda aparıcının nə günahı var?"
 
Aysel
OXŞAR XƏBƏRLƏR