Beyin anevrizması əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

SAĞLAMLIQ
10:46 21.11.2024
613
İnsult, beyin zədələnməsi və hətta ölümlə nəticələnə bilən beyin anevrizmasının müayinə və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. 

AZXEBER.COM xəbər verir ki, Anevrizma arteriya, az hallarda vena və ya ürək divarının incəlməsi səbəbilə, adətən balon şəklində şişməsi və qabarmasıdır. Beyin anevrizması anevrizmaların daha təhlükəli və ən çox rast gəlinən formalarındandır. 

Bu xəstəliyin diaqnostikası və müalicəsi üçün lazım olan maqnit rezonans tomoqrafiyası (MRT), kompüter tomoqrafiyası (KT), KT/MRT angioqrafiya, serebrospinal maye (CSF) testləri, laborator analizlər, açıq beyin əməliyyatı icbari tibbi sığorta hesabına qarşılanır. 

Anevrizma ilə heç bir simptom hiss etmədən illərlə yaşamaq mümkündür. Bu vaxt ərzində isə anevrizma inkişaf edərək hər an təhlükə yarada bilər. Bir çox hallarda anevrizmalar böyüyənə və yırtılana (ya partlayana) qədər simptomsuz keçir. Lakin böyüyən anevrizma ətraf toxuma və sinirlərə təzyiq edir və nəticədə bəzi simptomlar müşahidə olunmağa başlayır. Böyüyən, lakin yırtılmamış anevrizmalar zamanı baş ağrısı, göz üstündə ağrı, üzün bir tərəfində keyimə, ikiləşmiş və bulanıq görmə, genişlənmiş göz bəbəyi kimi əlamətlər müşahidə olunur. Yırtılmış beyin anevrizmaları zamanı boyun nahiyəsinə yayılan şiddətli baş ağrısı, işığa qarşı həssaslıq, nitqin pozulması, psixi vəziyyətdə dəyişiklik, şüur itkisi, başgicəllənmə, hərəkətin çətinləşməsi, dərinin qızarması, tərləmə, ürəkbulanma və ya qusma kimi simptomlar yaşanır.

Xəstəliyin simptomları müşahidə olunan pasiyentlərə həkim təyinatı ilə tələb olunan müayinələr icra edilir. Diaqnozun dəqiqləşdirilməsi anevrizmanın mövcudluğunu aşkar edən beyin toxumalarının və arteriyalarının görüntülərinə əsaslanır. Görüntüləmə MRT və KT müayinələri əsasında əldə olunur.
Sözügedən xəstəliyin müalicəsi anevrizmanın lokalizasiyası və ölçüsü, onun yırtılma riskinin olması və ya yırtılması, pasiyentin yaşı, irsiyyəti, yanaşı xəstəliklərindən asılı olaraq dəyişir. Kiçik ölçülü və simptomsuz anevrizmaları olan pasiyentlərə vaxtaşırı görüntüləmə metodları (MRT, KT) ilə müayinə və mövcud xəstəliklərinin (xüsusilə ateroskleroz, arterial hipertenziya) müalicəsi tövsiyə olunur.
 
Radikal müalicə üsulu kimi isə cərrahiyyəyə üz tutulur. Cərrahi əməliyyatla anevrizmaya qan axınını kəsmək və qan dövranından ayırmaq (anevrizmanın kliplənməsi, koaqulyasiya və s.) mümkündür. İcra edilən açıq beyin əməliyyatı, bu zaman istifadə edilən tibbi sərf və anesteziya, stasionarda yatış, qidalanma icbari tibbi sığorta təminatına daxildir. 

İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.
Məlumat üçün bildirək ki, anevrizma yırtılması müalicə edilmədiyi təqdirdə, beyin toxumasında infarkt, beyin zədələnməsi, insult, iflic və bəzi hallarda ölümlə nəticələnə bilər. Bu xəstəliyə ən çox 40 yaşdan yuxarı olan, şəkərli diabet, arterial hipertenziya (yüksək qan təzyiqi) və digər xəstəliklərdən əziyyət çəkən, baş nahiyəsindən zərbə alan, alkoqol və tütün istifadə edən, ailə tarixçəsində daha öncə yırtılmış anevrizması olan şəxslərdə rast gəlinir.
 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər