Beyləqanda kafedə ATIŞMA - 2 nəfər xəsarət alıb

Beyləqanda kafedə ATIŞMA - 2 nəfər xəsarət alıb
SOSİAL
14:28 06.09.2025
554
Sentyabrın 6-da saat 13 radələrində Beyləqan rayonunun Şahsevən qəsəbəsinin ərazisindəki kafedə üç kənd sakini arasında münaqişə baş verməsi ilə bağlı polisə məlumat daxil olub. 

AZXEBER.COM xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, odlu silahla iki nəfər kənd sakini xasarət alıb. Cinayət əməlini törədən şəxs məlumdur, onun tutulması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür. 

Əlavə məlumat veriləcəkdir.
OXŞAR XƏBƏRLƏR