Beyləqanda kanala düşən hərbçinin axtarışları davam etdirilir - VİDEO

Beyləqanda kanala düşən hərbçinin axtarışları davam etdirilir - VİDEO
SOSİAL
16:23 18.04.2023
214
Ötən gün Baş Mil-Muğan kollektorunun Beyləqan rayonu, Birinci Şahsevən kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 1988-ci il təvəllüdlü Ağayev Sahil Təbriz oğlunun axtarışları davam etdirilir.

Bu barədə AZXEBER.COM-a FHN-in mətbuat xidmətindən bildirilib. 

Axtarışlar Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir.

Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, sürücünün hərbçi olduğu bildirilir.

OXŞAR XƏBƏRLƏR