Beyləqanda poçta edilən basqının şok - Detalları

KRİMİNAL
16:53 06.08.2015
2776
Poçt filialından edilən oğurluğun şok detalları

Son vaxtlar Beynəlxalq Bankla bağlı yaşanan qalmaqallar məmurların dövlət pulları ilə necə davrandığını açıq ortaya qoydu.Bu münasibət regionlarda da özünü göstərir. Beyləqandan daxil olan məlumata görə, təxminən iki həftə öncə rayonun mərkəzi poçt filialının binasında oğurluq hadisəsi baş verib. Belə ki, oğrular poçt binasının pəncərəsini qıraraq içəri daxil olublar və seyfdən 26 min manat civarında vəsait aparıblar.

Məlumata görə, hadisə olan vaxt rayon Poçt filialının müdiri Rasim Ağayev, müavini və xəzinədarı məzuniyyətdə olublar. Hadisədən sonra müdir müavini və xəzinədar məzuniyyətlərini yarımçıq qoyaraq tez-tələsik rayona qayıdıblar. Bununla bağlı məlumatlı mənbənin bildirdiyinə görə, baş verən oğurluqla bağlı səs-küy qopartmaq istəməyən Rasim Ağayev müavini və xəzinədarı oğurlanan dövlət vəsaitini 7 gün müddətinə tapıb yerinə qoyublar. Məsələnin maraqlı tərəfi poçt filialında bu qədər iri məbləğin olmasından irəli gəlir. Çünki qanuna görə, poçt filialına hər gün daxil olan vəsait axşam saat 17:00-da banka təhvil verilməlidir. Əgər filialda əməliyyatlar çox olarsa, o zaman vəsaitin poçtda qalma müddəti 2 gündən o tərəfə keçməməlidir. Mənbə qeyd edir ki, əslində oğurlanan 26 min manat vəsait təxminən 20 gündən artıq qalan əməliyyat pulu imiş. Yəni rəis və müavinləri banka köçürüləcək vəsaitləri saxlamaqla qanunsuzluğa yol veriblər. Poçta daxil olan vəsaitin uzun müddətli saxlanılması Beyləqan filialında ilk hadisə deyil.Belə ki, rəis və müavini həmin vəsaitləri dövlətə köçürtməyərək istədikləri vaxt özlərinə lazım olan nəğd vəsaiti burdan hazır götürə bilirlər. Hətta bəzi vaxtlarda bu vəsaitdən başqa bir biznes sahəsinə 1 aylıq da yatırılır. Gələn saylarımızda poçt müdiri ilə bağlı daha ilginc faktları diqqətinizə çatdıracağıq.

gundelik-bakı

OXŞAR XƏBƏRLƏR