Beyləqanda qəzada xəsarət alan 2 nəfər Bakıya xəstəxanalara təxliyə olunub

Beyləqanda qəzada xəsarət alan 2 nəfər Bakıya xəstəxanalara təxliyə olunub
HADİSƏ
18:49 07.12.2025
126
Dekabrın 6-da saat 19:00 radələrində Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi səbəbilə 2 nəfər (kişi) Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə AZXEBER.COM-a Beyləqan Rayon Mərkəzi Xəstəxanasından xəbər verilib.

Qeyd edilib ki, onlara kəllə beyin travması və komatoz vəziyyət diaqnozu təyin olunub: "07.12.2025- ci il tarixində 1972-ci il təvəllüdlü şəxs ixtisaslı tibbi yardım göstərilməsi üçün Bakı şəhərində yerləşən özəl tibb müəssisələrindən birinə, 1968-ci il təvəllüdlü şəxs isə Bakı şəhəri, Yeni Klinikaya təxliyə olunub”.

Qeyd edək ki, dekabrın 6-da Beyləqanda "Mercedes" markalı minik avtomobilin sürücüsü idarəetməni itirərib və avtomobil yol kənarında aşıb. Qəza zamanı Məmmədov Nizami Zahid oğlu dünyasını dəyişib. Məmmədov Hafiz Atamoğlan oğlu və Namazəliyev Rövşən Bəylər oğlu isə ağır xəsarət alıb.
OXŞAR XƏBƏRLƏR