Beyləqanda silahlı insident zamanı xəsarət alanların kimliyi məlum olub

Beyləqanda silahlı insident zamanı xəsarət alanların kimliyi məlum olub
HADİSƏ
15:45 06.09.2025
243
Beyləqan rayonunun Şahsevın qəsəbəsi ərazisində yerləşən kafedə baş verən silahlı insident zamanı 2 nəfər xəsarət alıb. 

AZXEBER.COM report-a istinadən xəbər verir ki, insident zamanı xəsarət alan 1983-cü il təvəllüdlü Fərzəliyev Zamiq Nürəli oğlu və 1988-ci il təvəllüdlü Məmmədov Natiq Tofiq oğlu Beyləqan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Hadisəni törədən qəsəbə sakini 1988-ci il təvəllüdlü Əhmədov Ceyhun Rza oğlunun saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.
OXŞAR XƏBƏRLƏR