Beynəlxalq cinayətkar qruplaşmanın 11 üzvü Çində edam edildi

Beynəlxalq cinayətkar qruplaşmanın 11 üzvü Çində edam edildi
DÜNYA
12:04 01.02.2026
424
Çinin Vençjou şəhərinin məhkəməsi Myanmanın şimalında telefon və internet fırıldaqçılığı mərkəzlərini idarə edən mütəşəkkil cinayətkar dəstənin 11 üzvü barəsində çıxarılmış ölüm hökmünün icra edilməsi barədə göstəriş verib.

AZXEBER.COM xəbər verir ki, məhkəmənin qərarına əsasən, "Min ailəsi" kimi tanınan kriminal qrupunun 14 Çin vətəndaşının ölümündə və bir çoxunun yaralanmasında əli var.

Dəstə üzvləri qəsdən adam öldürmə, yaralama, qanunsuz azadlıqdan məhrum etmə, dələduzluq və gizli kazinoların təşkilində təqsirli biliniblər.
 
Oxu.Az
OXŞAR XƏBƏRLƏR