Beynəlxalq Jurnalistlər Federasiyası: “Qəzzada 16 jurnalist həlak olub”

Beynəlxalq Jurnalistlər Federasiyası: “Qəzzada 16 jurnalist həlak olub”
DÜNYA
09:46 21.10.2023
151

Beynəlxalq Jurnalistlər Federasiyası oktyabrın 7-də İsrail-Fələstin münaqişəsi başlayandan bəri Qəzzada 16 jurnalistin öldüyünü açıqlayıb.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Federasiyanın internet saytından verilən yazılı açıqlama ilə öldürülən jurnalistlərin sayı yenilənib.

Açıqlamada Həmas ilə İsrail arasında Qəzzada davam edən qarşıdurmalarda indiyədək 16 jurnalistin öldürüldüyü, çoxlu sayda jurnalistin yaralandığı və itkin düşdüyü bildirilib. 

Federasiya həmçinin bu sahədə çalışan jurnalistləri lazımi tədbir görməyə, təhlükəsizlik ləvazimatları geyinməyə və çalışdıqları media qurumları onlara bu avadanlıqları vermədikcə sahəyə çıxmamağa çağırıb. 

Ayşən

OXŞAR XƏBƏRLƏR