Beynəlxalq Məhkəmə Ermənistanın etirazını rədd etdi

Beynəlxalq Məhkəmə Ermənistanın etirazını rədd etdi
SİYASƏT
04:47 13.11.2024
216
Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın Dağlıq Qarabağda mina və tələlərin yerləşdirilməsi və işğal illərində etnik təmizləmə aparılması ilə bağlı iddiasına Ermənistanın etirazını rədd edib.
 
AZXEBER.COM xəbər verir ki, Beynəlxalq Ədalət Məhkəməsi bu gün açıqladığı iki ayrı qərarla Azərbaycan və Ermənistanın bir-birinə qarşı qarşılıqlı olaraq qaldırdığı "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın icrası” ilə bağlı ilk etirazları qiymətləndirib və yekunlaşdırıb.
 
2021-ci ilin sentyabrında təxminən bir həftə ara ilə iki ölkənin bir-birinə qarşı qaldırdığı işləri qiymətləndirən beynəlxalq məhkəmə Ermənistanın Azərbaycanın açdığı iş üzrə yurisdiksiyaya malik olmadığı və işə mahiyyəti üzrə baxılmaması barədə iddialarını rədd edib. İşə mahiyyəti üzrə baxılması barədə qərar qəbul edib.

Məhkəmə, həmçinin mina və tələlərin yerləşdirilməsi ilə bağlı Azərbaycanın Ermənistana qarşı ittihamlarının araşdırılmasına dair Ermənistanın etirazlarını rədd edib. 
 
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov qərarla bağlı sosial şəbəkə hesabında açıqlama verib:
 
"Bu gün Beynəlxalq Ədalət Məhkəməsi onilliklər ərzində etnik təmizləmə və digər irqi ayrı-seçkilik aktları ilə bağlı Ermənistana qarşı qaldırdığı işə baxılmasına qərar verib. Ermənistanın basdırdığı minalar bu gün də vətəndaşlarmız üçün təhlükə törədir".
 
Aysel


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
14:50 07.06.2025
Helsinkidə Müdafiə Nazirliyinin binası çəhrayı rəngə boyanıb
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
14:33 07.06.2025
Bayram günlərində avtovağzallardan daşınmış sərnişinlərin sayı AÇIQLANDI
Dilarə Kazımova xalçaya büründü
14:15 07.06.2025
Dilarə Kazımova xalçaya büründü
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
13:55 07.06.2025
Azərbaycanlı zəvvarların ilk qrupu iyunun 16-da Səudiyyə Ərəbistanından qayıdacaq
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
13:46 07.06.2025
Cəlilabadda avtomobil kanala aşıb, 5 nəfər xəsarət alıb
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
13:33 07.06.2025
MN Azərbaycan bayrağının NATO DTMM-də qaldırılması ilə bağlı məlumat yayıb
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
13:13 07.06.2025
Sumqayıtda azyaşlı avtoqəzada ölüb
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
12:45 07.06.2025
Sabah Azərbaycanda 33 dərəcə isti olacaq
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
12:35 07.06.2025
Yaponiya ABŞ ilə tariflər üzrə danışıqlarda irəliləyiş olduğunu bəyan edib
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
12:21 07.06.2025
Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban payları çatdırılır - FOTOLAR
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
12:12 07.06.2025
“ƏDV geri al”anlara XƏBƏRDARLIQ
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
12:00 07.06.2025
Zakir Həsənov hərbi hissələrdə xidməti döyüş fəaliyyəti ilə maraqlandı - FOTOLAR
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
11:53 07.06.2025
Sıraya düzülüb, müəllimənin barmağına üzük taxdılar - Tovuzda çəkilən görüntülər araşdırılır
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
11:48 07.06.2025
“TikTok”da səhifəyə kredit üçün yazdı, öz pulundan da oldu- VİDEO
Yağıntılı hava nə vaxtadək davam edəcək?
11:25 07.06.2025
Yağıntılı hava nə vaxtadək davam edəcək?
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi
11:14 07.06.2025
ATİAHİ Respublika Komitəsi Qurban bayramı münasibətilə 1000 nəfər təhsil işçisini sevindirdi