"Beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında Azərbaycan fəal iştirak edir"

"Beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında Azərbaycan fəal iştirak edir"
SİYASƏT
17:26 28.06.2017
1001
İyunun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Varşavada Polşa Respublikasının Baş naziri xanım Beata Şidlo ilə görüşüb.

Baş nazir Beata Şidlo Prezident İlham Əliyevin Polşaya rəsmi səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsi baxımından önəmini qeyd etdi, Azərbaycan-Polşa biznes forumunun iqtisadi əməkdaşlığın dərinləşdirilməsində əhəmiyyətini vurğuladı. Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 25 illiyinin qeyd olunduğunu bildirən Baş nazir ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini vurğuladı.

Beata Şidlo Polşanın Azərbaycanın regionda rolunu yüksək qiymətləndirdiyini, ölkəmizin Avropa İttifaqı ilə əlaqələrinin genişlənməsi istiqamətində səylərini dəstəklədiyini və bu dəstəyin gələcəkdə də davam etdiriləcəyini söylədi. Polşanın Baş naziri səfər çərçivəsində imzalanan sənədlərin əməkdaşlığın daha da genişləndirilməsi üçün möhkəm hüquqi baza yaratdığını dedi.

Ölkələrimiz arasında qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılmasında maraqlı olduqlarını deyən Baş nazir bildirdi ki, Polşa Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi istiqamətində səylərini dəstəkləyir və yüksək qiymətləndirir. Polşa şirkətləri də bu istiqamətdə fəal iştirak etməyə hazırdırlar. Baş nazir hökumətlərarası komissiyanın işinin daha da fəallaşdırılmasının əlaqələrimizin inkişafında önəmini qeyd etdi. Beata Şidlo bildirdi ki, regionda böyük rol oynayan Azərbaycan Polşanın Şərq siyasətində mühüm yer tutur. Baş nazir Azərbaycanın balanslı siyasət həyata keçirdiyini bildirərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını xüsusi vurğuladı, bu baxımdan Cənub Qaz Dəhlizinin önəmini qeyd etdi.

Baş nazir Beata Şidlo ilə əvvəlki görüşünü xatırlayan Prezident İlham Əliyev Polşaya rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi, qarşıda duran məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirdi. İkitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini deyən Prezident İlham Əliyev Polşanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan və Polşa beynəlxalq təşkilatlarda, o cümlədən BMT-də və Avropa strukturlarında uğurla əməkdaşlıq edirlər. İkitərəfli münasibətlərimizin Azərbaycan-Avropa İttifaqı əlaqələri baxımından önəmini vurğulayan Prezident İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini, bu istiqamətdə yeni saziş üzərində iş aparıldığını dedi. Prezident İlham Əliyev beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılmasında Azərbaycanın fəal iştirak etdiyini dedi və bu istiqamətdə Polşa ilə əməkdaşlığın yaxşı perspektivlərə malik olduğunu vurğuladı.

Dövlətimizin başçısı ikitərəfli siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, qarşılıqlı ticarət dövriyyəsinin ölkələrimizin mövcud potensialını tam əks etdirmədiyini, onun artırılması üçün əsas istiqamətlərin müəyyənləşdirilməsində Azərbaycanın maraqlı olduğunu bildirdi.

Görüşdə Azərbaycan ilə Polşa arasında nəqliyyat, energetika, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
 
///AZƏRTAC
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İsrail Yəməndən buraxılan raketi vuraraq zərərsizləşdirdi
23:37 29.07.2025
İsrail Yəməndən buraxılan raketi vuraraq zərərsizləşdirdi
Bakıda evlərdə sakinlər yaşadığı halda söküntü işləri aparılır - VIDEO
23:21 29.07.2025
Bakıda evlərdə sakinlər yaşadığı halda söküntü işləri aparılır - VIDEO
Qazaxıstan Prezidenti Türkiyənin ən yüksək dövlət mükafatı ilə təltif edilib
23:16 29.07.2025
Qazaxıstan Prezidenti Türkiyənin ən yüksək dövlət mükafatı ilə təltif edilib
Səudiyyə Ərəbistanının kralı və vəliəhdi Azərbaycana dəvət ediliblər
23:00 29.07.2025
Səudiyyə Ərəbistanının kralı və vəliəhdi Azərbaycana dəvət ediliblər
Türkiyədə sərnişin təyyarəsi nasazlıq səbəbindən məcburi eniş edib
22:48 29.07.2025
Türkiyədə sərnişin təyyarəsi nasazlıq səbəbindən məcburi eniş edib
"Sumqayıt" yeni transferini açıqladı
22:27 29.07.2025
"Sumqayıt" yeni transferini açıqladı
Daha bir direktorun səs yazısı yayıldı - VİDEO
22:21 29.07.2025
Daha bir direktorun səs yazısı yayıldı - VİDEO
Tramp Rusiyaya 10 gün vaxt verib
22:13 29.07.2025
Tramp Rusiyaya 10 gün vaxt verib
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
21:52 29.07.2025
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
21:44 29.07.2025
Sumqayıtda qardaşlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
21:33 29.07.2025
Avropa Parlamentinin deputatları Aİ-ni İsrailə qarşı sanksiyalar tətbiq etməyə çağırıb
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
21:26 29.07.2025
Sahibə Qafarova: Bugünkü dünya daha da parçalanıb, tərəqqi isə daha da azalıb
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
21:21 29.07.2025
Sahibkarlara XƏBƏRDARLIQ – Mühasiblərin bu səhvi sizi azadlıqdan məhrum edə bilər – MÜSAHİBƏ
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
21:05 29.07.2025
Azərbaycanın iki güləşçisi dünya çempionatında finala yüksəlib
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
20:53 29.07.2025
Çin və ABŞ arasında tarif güzəştlərinin müddəti üç ay uzadıldı
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib
20:40 29.07.2025
"Turan Tovuz" yoxlama oyununda Türkiyə klubu ilə heç-heçə edib