Millət vəkili Qənirə Paşayeva Ankara Vəkillər Kollegiyasının(Barolar Birliyi) başqanı Səma Aksoya erməni yalanlarından danışıb.
AZXEBER.COM xəbər verir ki, Ankara Vəkillər Kollegiyasının binasında qurumun dəstəyi ilə Qarabağ münaqişəsi, erməni yalanları, Azərbaycan həqiqətlərinin daha geniş yayılması istiqamətində keçirilən sərgi və konfransda iştirak və çıxış edən millət vəkili Qənirə Paşayeva Ankara Vəkillər Kollegiyasında (Barolar Birliği) kimi nüfuzlu bir quruma rəhbərlik etmək üçün seçilməsi münasibəti ilə Səma Aksoyu təbrik edərək, onun rəhbərliyi dövründə Ankara Vəkillər Kollegiyası (Barolar Birliği) ilə Azərbaycan arasında əməkdaşlığın daha da inkişaf edəcəyinə inandığını deyib.
Qarabağ münaqişəsi və onun fəsadları barədə bağlı geniş söhbət edən millət vəkili Xocalı Soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsi üçün birgə səylərimizi daha da artırmalıyıq deyib.
“Xocalı soyqırımı nəinki türk millətinin, insanlığın ortaq ağrısı olamalıdır. Çünki Xocalıda yaşananlar modern dünyanın insanlıq utancı idi”.
O bildirib ki, “22 il öncə Xocalıda ermənilər tərəfindən törədilən soyqırım onların azərbaycanlı olduğu üçün deyil, türk olduğu üçün gerçəkləşdirildi. Bunu erməni “ziyalıları” özləri etiraf edirlər. Ona görə də türk insanının əsas vəzifəsi harada doğulub harada yaşamasından asılı olmayaraq, Xocalı soyqırımının dünyada tanınmasına nail olmaqdır”.
Beynəlxalq təşkilatların Dağlıq Qarabağ məsələsində ciddi bir rol oynayacağına inanmadığı deyən millət vəkili, Ermənistanın həmin təşkilatların qərarlarını yerinə yetirməməsinə baxmayaraq, heç bir ciddi addımlar atılmır deyə fikirlərinə əlavə edib.
“Əlimizdə hüququ baxımdan bütün sənədlər var. Ancaq bunu hüququ yolla həll etməli olna bütün qurumlar üzərinə düşəni etmək fikrində deyillər. Oyunlar da oyunçular da ortadadır. Ermənistanın “ərköyün” davranışı bəzi ölkələrin maraqlarına uyğun gəlir”.
Azərbaycanı çox sevdiyini və rəhbərlik etdiyi qurumla qardaş Azərbaycan arasında əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını deyən Səma Aksoy hər zaman Azərbaycanın yanında olduqlarını bildirib. Azərbaycanın işğal olunmuş əraazilərində minlərlə insanın qətlə yetirilməsinin böyük üzüntü olduğunu deyən Səma Aksoyun bundan sonra da hər zaman Qarabağ problemi və Xocalı Soyqırımının daha geniş tanıdılması, onu törədənlərin layiqli cəzalarını alması istiqamətində qardaş Azərbaycanın yanında olacaqlarını deyib.
Görüşdə Türkiyə Vəkillər Kolleqiyasının üzvü,azərbaycan kökənli vəkil Səidə Ekmen və bir sıra ziyalılar da iştirak edib. Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Ankara Vəkillər Kollegiyasının sədrinə Azərbaycanla bağlı hədiyyələr təqdim edib və Ankara Barolar Birliyi başqanını Azərbaycana dəvət edib.
Dəvəti böyük məmuniyyətlə qəbul edən Səma Aksoy Azərbaycanda olmaqdan da, işbirliyinin artmasından da böyük məmuniyyət duyacağını deyib.