Beynəlxalq yarışı azərbaycanlı hakim idarə edəcək

Beynəlxalq yarışı azərbaycanlı hakim idarə edəcək
İDMAN
16:53 18.06.2013
1130

Türkiyənin Mersin şəhərində 17-ci Aralıq dənizi Oyunları keçiriləcək

Aralıq dənizi oyunlarının güləş yarışlarına azərbaycanlı hakim nəzarət edəcək. Azərbaycan güləş federasiyasından AZXEBER.COM-a verilən məlumata görə, 20-30 iyun 2013-cü il tarixdə Türkiyənin Mersin şəhərində 17-ci Aralıq dənizi Oyunları keçiriləcək. Aralıq dənizi Oyunları çərçivəsində güləş yarışları iyunun 22-dən 26-dək baş tutacaq. Azərbaycan Güləş Federasiyasının baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov yarışlarda FİLA koordinatoru kimi iştirak edəcək, yarışların təşkilinə və gedişinə nəzarət edəcək.

OXŞAR XƏBƏRLƏR