Beynində əməliyyat zamanı gitarada ifa etdi - FOTO

DÜNYA
11:35 25.05.2013
2103

Nevroloji xəstəlikdən əziyyət çəkən 39 yaşlı aktyor Bred Karter başında elektrodların beyinə köçürülməsi üzrə aparılan əməliyyat zamanı etdiyi hərəkətlə dünya ictimaiyyətinin diqqət mərkəzinə düşüb.

AZXEBER.COM-un Rusiyanın NTV kanalına istinadən verdiyi xəbərə görə, bu, Kaliforniya Universiteti klinikasında yubiley əməliyyat olduğuna görə, həkimlər xəstənin qeyri-adi xahişini müsbət cavablandırıblar.B.Karter tibb işçilərindən əməliyyat zamanı onun nə dərəcədə səmərəli keçdiyini və əlində olan əsmənin keçib-keçmədiyini dərhal yoxlamaq üçün gitarada ifa etməsinin mümkünlüyünü soruşub. Və xəstənin bu təklifi həkimləri qeyri-adi əməliyyat keçirməyə sövq edib.Bütün əməliyyat prosesi real vaxt rejimində Twitter klinikada yayımlanıb. Əməliyyat zamanı sosial şəbəkəyə şəkillər və qısa videoçarxlar yerləşdirilib.Cərrah müdaxiləsi uğurla başa çatıb.

OXŞAR XƏBƏRLƏR