Beyninə qan sızan meyxanaçı Ağakərimdən - Yeni xəbər

Beyninə qan sızan meyxanaçı Ağakərimdən - Yeni xəbər
MAQAZİN
12:02 06.04.2017
1423

 

Bir neçə gün öncə beyninə qan sızaraq Mərkəzi Kliniki Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən tanınmış meyxanaçı Ağakərimin səhhətindən xəbər var. 

Açıqlama verən meyxanaçının bacısı oğlu Rüstəm bildirib ki, dayısının vəziyyəti dünən gecədən yaxşılaşmağa başlayıb: "Həkimlə danışdıq, söylədi ki, belə davam etsə, bu gün və ya sabah palataya köçürüləcək. Biz elə bilirdik ki, əməliyyat olunacaq, amma həkim dedi ki, əməliyyatlıq bir şey yoxdur. Dünən gecə Ağakərim bəy bizimlə danışdı. Yəni o vəziyyətə düşəndən sonra ilk dəfə idi ki, danışa bilirdi. Həkimlərin dediyinə görə, vəziyyəti get-gedə yaxşılaşacaq. Ümid Allahadır”.

 

Qeyd edək ki, meyxanaçı Ağakərimin martın 30-da beyninə qan sızıb. 

///lent.az
OXŞAR XƏBƏRLƏR