Beyrutdakı partlayışda altı iranlı həlak olub

DÜNYA
11:40 20.11.2013
834

Beyrutda baş vermiş dünənki partlayışda altı iranlı həlak olub.

 Trend-in çərşənbə günü ISNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İranın Livandakı səfirliyi məlumat verib.

Məlumata görə, həlak olan 23 nəfər arasında səfirliyin mədəniyyət attaşesi İbrahim Ənsari, iranlı diplomatlardan birinin xanımı, eləcə də dörd mühafizəçi də daxil olmaqla altı İran vətəndaşı var.

Dünən İranın Beyrutdakı səfirliyinin yaxınlığında baş vermiş iki terror aktı nəticəsində 23 nəfər həlak olub, 150 insan yaralanıb. Partlayışların arasında bir neçə dəqiqə fərq olub.

OXŞAR XƏBƏRLƏR