Beytulla Hüseynovdan Əli Abbasovu hədəfə gətirən sensasion iddia

Beytulla Hüseynovdan Əli Abbasovu hədəfə gətirən sensasion iddia
SOSİAL
19:58 29.09.2016
1493
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin Nizami telefon qovşağının rəisi olmuş Fətullah Seyidov və keçmiş baş mühasibi Rəşad Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası baş tutub.

Dövlət ittihamçısı ittiham aktını elan edib. Bildirilib ki, adıçəkilən şəxslər dövlət büdcəsini 752 min manat mənimsəməkdə, tenderlərdə qanunsuz yollarla öz yaxın adamlarının şirkətlərini qalib etməklə vəzifə saxtakarlığı etməkdə ittiham edilirlər.

Təqsirləndirilən şəxslərin hər ikisi özünü qismən təqsirli bildiyini deyib.

Vəkillər müdafiə etdikləri şəxslərin ev dustaqlığına buraxılması barədə vəsatət veriblər. Hakim vəsatətin təmin edilmədiyini bildirib.

F.Seyidov sərbəst ifadə verərək deyib ki, müvafiq olaraq yuxarı instansiyadan aldığı əmrə uyğun olaraq işləyib: "İttiham yazılan qədər pul mənimsəməmişəm, amma atamdan qalan mirasları satıb bunu ödəmişəm. Mən ürək xəstəsiyəm".

R.Məmmədov sərbəst ifadəsində tenderlərdə qalib gələn şirkətlərin kimə məxsus olduğunu bilmədiyini deyib: "Bizim qovşağın xüsusi bank hesabı olsa da, oradan özümüz pul çıxara bilmirdik. Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin rəsmi məktubla icazə alırdıq. Sadəcə rəhbərliyin göstərişi ilə saxta sənədlərə qol çəkmişəm. Heç bir məbləği mənimsəməmişəm. Sadəcə bayramda, toya gedəndə rəis 100-200 manat verirdi, bu da mükafat idi".

Prosesə BTRİB-in hazırda həbsdə olan keçmiş sədri Beytulla Hüseynov şahid qismində ifadə verib.

O, uzun müddət rabitə sahəsində işlədiyini və bir çox mükafatlara layiq görüldüyünü deyib: "Gördüyümüz işlər də dövlət proqramına salınan işlərdir. Nazirliyin tapşırdığı işləri görmüşük. Hamı bilir ki, Azərbaycanda paket sistemi var, hamıya da verilib. Tenderlər üçün lazım olan məbləğin 20-25 faiz şişirdilməsini mən yox, nazirlik qovşaq rəislərinə tapşırırdı".

BTRIB-in həbsə olan sabiq baş mühasibi Anar Mustafayev də şahid qismində ifadə verib. O, deyib ki, rəhbərliyin tapşırığı nə olubsa, həmin işi də icra ediblər: "Mən nə Fətullah Seyidova, nə də Rəşad Məmmədova pul vermişəm. Təmir-tikinti şirkətləri ilə danışıqları biz özümüz həll edirdik, bundan qovşaq rəislərinin xəbəri yox idi".

Hazırda həbsdə olan, "3 nömrəli Rabitə Təmir Tikinti", "Rabitə Mülki Tikinti" MMC-lərinin sabiq direktoru Emin Məmmədov təqsirləndirilən şəxslərdən yalnız F.Seyidovu tanıdığını deyib: "Qovşaqlar üçün tikinti işləri görürdük, lazım olan pulu 5-10 faiz artırırdıq. Bu da öz xərcimiz üçün idi".

Daha sonra şahid qismində "Bakı Rabitə Təmir Tikinti" və "Təmir Təchizat Servis" MMC-lərinin sabiq direktoru Bayram Vəliyev, Qulu Namazov, Yaşar Nəzərəliyev və digərləri ifadə veriblər.

Məhkəmə prosesi oktyabrın 6-da davam etdiriləcək. (qafqazinfo.az)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Emin Əmrullayev: Valideynləri sinif təmirinə kimsə məcbur edə bilməz
13:11 11.09.2025
Emin Əmrullayev: Valideynləri sinif təmirinə kimsə məcbur edə bilməz
İlqarə Kazımova: Efirdə çıxıb hansısa mövzuda danışmaq marağımda deyil
13:11 11.09.2025
İlqarə Kazımova: Efirdə çıxıb hansısa mövzuda danışmaq marağımda deyil
Marsda həyatın olduğu sübut edilə bilər - Qayalardan bəbir naxışlar aşkarlandı
13:09 11.09.2025
Marsda həyatın olduğu sübut edilə bilər - Qayalardan bəbir naxışlar aşkarlandı
Məktəblərdə rus bölmələri bağlanacaq? - RƏSMİ AÇIQLAMA
13:07 11.09.2025
Məktəblərdə rus bölmələri bağlanacaq? - RƏSMİ AÇIQLAMA
Təyyarədə sərnişinlərin əl “baqaj”larından oğurluq edənlər saxlanıldı
12:58 11.09.2025
Təyyarədə sərnişinlərin əl “baqaj”larından oğurluq edənlər saxlanıldı
"Müəllim" və "ibtidai" sözlərini yaza bilməyənlər uşaqlarımıza dərs deyib" - Nazir
12:56 11.09.2025
"Müəllim" və "ibtidai" sözlərini yaza bilməyənlər uşaqlarımıza dərs deyib" - Nazir
Sabah leysan yağacaq, temperatur enəcək
12:52 11.09.2025
Sabah leysan yağacaq, temperatur enəcək
Nazir: Məktəblərdə "fond pulu" adı altında vəsait yığılması qanunsuzdur
12:47 11.09.2025
Nazir: Məktəblərdə "fond pulu" adı altında vəsait yığılması qanunsuzdur
Makron: "Trampla danışığımız çox məhsuldar nəticələndi"
12:42 11.09.2025
Makron: "Trampla danışığımız çox məhsuldar nəticələndi"
Şirvanda 3 kiloqram marixuananı şüşə qablarda gizlədən şəxs saxlanıldı
12:36 11.09.2025
Şirvanda 3 kiloqram marixuananı şüşə qablarda gizlədən şəxs saxlanıldı
Həkimə getmədi, ChatGPT-dən soruşdu - Az qala həyatını itirəcəkdi
12:32 11.09.2025
Həkimə getmədi, ChatGPT-dən soruşdu - Az qala həyatını itirəcəkdi
Tramp Qətərin bombalanmasına görə Netanyahunu danladı
12:25 11.09.2025
Tramp Qətərin bombalanmasına görə Netanyahunu danladı
"Mən Rusiyaya yox, ölkəm mənə xəyanət edib" - Puqaçovadan qalmaqallı açıqlama
12:19 11.09.2025
"Mən Rusiyaya yox, ölkəm mənə xəyanət edib" - Puqaçovadan qalmaqallı açıqlama
Xəzər rayonunda 17 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
12:18 11.09.2025
Xəzər rayonunda 17 min manatlıq oğurluq edən şəxslər saxlanılıb
Paşinyan Rusiyaya səfər edəcək - Putinlə görüşəcək
12:17 11.09.2025
Paşinyan Rusiyaya səfər edəcək - Putinlə görüşəcək
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanıldı
12:13 11.09.2025
Nəsimi rayonunda oğurluq edən şəxslər saxlanıldı