"Bəzən bir şəkil illərlə yazılmış kitabdan daha çox danışır..." - FOTO

"Bəzən bir şəkil illərlə yazılmış kitabdan daha çox danışır..." - FOTO
MAQAZİN
12:12 10.07.2025
296
Əməkdar artist Aybəniz Haşımova sosial şəbəkədə paylaşım edib.
 
AZXEBER.COM xəbər verir ki, o, Bülbül adına orta ixtisas musiqi məktəbində işlədiyi dövrə aid fotonu yayımlayaraq emosional yazı ilə 1990-cı illərin ağrılı yaddaşını gündəmə gətirib.
 
Əməkdar artist foto ilə bağlı xatirələrini bölüşüb:

"Bu şəkil danışmır, amma hər şeyi deyir. Sadəcə bir görüntü deyil - bu, 90-cı illərin ağrısını, dərdini, səssiz qışqırıqlarını daşıyan bir yaddaşdır. O illərin torpağında göz yaşı da vardı, ayaq izləri də... Yenilməyən ruhlar, baş əyməyən baxışlar, amma içində gizlədilmiş qırılmışlıqlar vardı.

Bu şəkil susur, amma onun sükutu elə bumbuzdur ki... Bir baxışın içində neçə itki, neçə ayrılıq, neçə "bir daha dönməyəcək" insanlar gizlənib. Çox heyif ki, onun səsini məndən başqa eşidən yoxdur... Üzlərdə yaş yoxdur, çünki o yaşlar çoxdan içə axıdılıb. Gözlərdə hirs yoxdur, çünki hirsi də yandırıb kül etmişdi zaman. 
 
Bu şəkil - illərin dəryasında batmayan bir ada kimi qalıb. Bu şəkil - mənə təkcə keçmişi yox, nə qədər susaraq dözdüyümü xatırladır. Bu şəkil - danışmasa da, hər ona baxanla ayrı danışır. Bəzən bir şəkil illərlə yazılmış kitabdan daha çox danışır... Və bu - o şəkildir. Amma,cox heyf ki, onun səsini məndən başqa eşidən yoxdur..."
 
Aysel

 



OXŞAR XƏBƏRLƏR