"Bəzən qadınlar evli kişiləri aldadaraq uşaq dünyaya gətirirlər" - Rövşanə

"Bəzən qadınlar evli kişiləri aldadaraq uşaq dünyaya gətirirlər" - Rövşanə
MAQAZİN
14:55 06.05.2025
356
 
 
 
 
 
"Hər qadın belinə qırmızı lent bağlayıb evdən vağzalı ilə çıxa bilməz".
 
Bu sözləri AZXEBER.COM -müsahibəsində teleaparıcı Rövşanə Ağasəfqızı deyib.
 
"Azadlığın da bir çərçivəsi olmalıdır. Aşırı azadlıq xaosdur, anarxiyadır. Hər kəsin özünün azadlıq çərçivəsi olmalıdır. Amma eyni zamanda biz insanın söz haqqını da əlindən ala bilmərik. Məsələn, mən heç vaxt o sözü o formada deyə bilmərəm. Bizim dəyərlərimizdə qız ailə qurmalıdır, daha sonra övlad dünyaya gətirməlidir. Bunun kimi ayrılmaq da normal hal olmalıdır. Qadın var ki, ərə gedə bilmir. Çünki bizdə qız evdə qalıb gözləməlidir ki, kimsə gəlib onu alacaq. Ailəli deyil, amma ana olmaq istəyir. İndi biz bu adamı daş-qalaq edə bilmərik ki, sən ailə qurmamısan deyə ana ola bilməzsən. Ümumilikdə bu bir gerçəkdir ki, hər bir qadın belinə qırmızı lent bağlayıb evdən vağzalı ilə çıxa bilməz"- deyə teleilduz bildirib.
 
Aysel Hacızadə

 
 
OXŞAR XƏBƏRLƏR