"Bəzi dini qruplar dini məqsədli şəkildə azərbaycançılığa qarşı qoyurlar" - Gündüz İsmayılov

"Bəzi dini qruplar dini məqsədli şəkildə azərbaycançılığa qarşı qoyurlar" - Gündüz İsmayılov
SOSİAL
15:01 10.11.2017
790
İdeoloji təhlükəsizlik baxımından bir sıra problemlərlə üzləşirik. Əsas birinci problemimiz dini kimliyimizin milli kimliyimizə qarşı qoyulmasıdır.
 
AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov "Dini maarifləndirmə işi: Mövcud vəziyyət və imkanlar" konfransında çıxışında deyib.

Onun sözlərinə görə, bəzi dini qruplar dini məqsədli şəkildə azərbaycançılığa qarşı qoyurlar.

Onun sözlərinə görə, bəzi dırnaqarası dindarlar üçün "20 Yanvar" hadisəsində, Xocalı soyqırımında ölənlər şəhid sayılmır: "Onlar bunu qəbul etmirlər. Həmin şəxslər 28 may Respublika Günü, 26 iyun Silahlı Qüvvələr Günü, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qəbul etmirlər. Bir azərbaycanlı bunu qəbul etmirsə, amma cibində ölkənin vətəndaşlıq pasportunu daşıyırsa, belə şəxsin bizim üçün bir ingilisdən fərqi varmı? Onların məqsədi nədir ki, azərbaycançılığı bu şəkildə zəiflətməyə çalışırlar?"

G.İsmayılov bildirib ki, ideoloji təhlükəsizlik baxımından ikinci əsas problem dindarların öz kontingentləri daxilində dünyəviliyi zəiflətməyə çalışmalarıdır: "Onlar deyirlər ki, Azərbaycan şəriət qanunları ilə idarə edilməlidir. Ancaq Azərbaycan islam dövləti yox, dünyəvi dövlətdir".

G.İsmayılov əlavə edib ki, üçüncü problem isə dinin siyasiləşdirilməsidir: "Bəzən dindarlar məsciddə və ondan kənarda siyasi tələblər qoyurlar. Bildirirlər ki, Azərbaycan Amerika, İran və İsraillə münasibətlərini bu cür qurmalıdır. Ancaq məscid siyasət yeri deyil. Siyasətlə məşğul olmaq istəyənlər siyasi partiya yaratmalıdır. Təbii ki, din adı altında siyasi partiyanın yaradılması yolverilməzdir. Biz dinin siyasiləşdirilməsinin əleyhinəyik və buna qarşı çıxacağıq. Digər problem isə ənənəvi islamın zəifləməsidir. Bəzi dindar qruplar tolerant deyillər. Məzhəbçiliyin güclənməsi, dünyəvi təhsilə qarşı çıxışların olması da problemlər sırasındadır. Lakin məktəb və məscid bir-birilərinə alternativ deyillər. Din pərdəsi adı altında əsla qadınların hüquqlarının məhdudlaşdırılmasına yol verilməməlidir".

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
18:56 26.08.2025
Fransanın Baş naziri parlamentin buraxılması ehtimalını istisna etməyib
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
18:47 26.08.2025
ABŞ Livanla "Hizbullah"ın tərksilah edilməsini müzakirə edir
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
18:33 26.08.2025
Tailand və Kamboca minatəmizləmə barədə razılıq əldə ediblər
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
18:24 26.08.2025
Deputat turistlə birlikdə Qobustandan Bakıya piyada gəlir - VİDEO
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
18:24 26.08.2025
Makronun istefası təklifi parlamentə təqdim ediləcək
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
18:13 26.08.2025
Rusiya diplomatlarının Şengen zonasında sərbəst hərəkəti qadağan edilə bilər
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
17:38 26.08.2025
Avaza sammiti - qardaşlıq, əməkdaşlıq və gələcəyə baxış
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
17:28 26.08.2025
"Formula 1"ə görə bəzi məktəblərdə məhdudiyyətlər tətbiq edilə bilər
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
17:25 26.08.2025
Kapital Bank-ın dəstəyi ilə yaşlı nəsil üçün maliyyə savadlılığının artırılması imkanları yaradılır
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
17:16 26.08.2025
Mikayıl Cabbarov: "Yeni nəqliyyat bağlantıları imkanlar yaradacaq"
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
17:12 26.08.2025
Aytəkinin övladı bu universitetə qəbul oldu - FOTO
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
16:55 26.08.2025
Pakistanda musson yağışları nəticəsində ölənlərin sayı 800-ə çatdı
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
16:51 26.08.2025
Əli Əsədov: 2027-2030-cu illəri əhatə edəcək yeni Strategiya hazırlanır
Ramiz Rövşənin səhhətində problem yarandı
16:30 26.08.2025
Ramiz Rövşənin səhhətində problem yarandı
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb