“Bəzi dövlətlər bizi Rusiyaya qarşı tək qoya bilər” - Zelenski

“Bəzi dövlətlər bizi Rusiyaya qarşı tək qoya bilər” - Zelenski
SİYASƏT
11:44 04.05.2025
239
"Bəzi ölkələr atəşkəs razılaşmasına nail olduqdan sonra Ukraynanı Rusiyaya qarşı tək qoya bilər”.

AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"İlk addımı atmağın - atəşkəsin nə qədər çətin olduğunu görürsünüz. Siqnallar var ki, atəşkəs razılaşmasından sonra bəzi dövlətlər bizim Rusiya ilə baş-başa qalmağımızı istəyəcəklər”, - Ukrayna lideri bildirib.

Zelenski konkret hansı ölkələrdən danışdığını açıqlamayıb. Lakin onun fikrincə, Avropa regionda bir çox məsələlərin bir-biri ilə bağlı olduğunu nəzərə alaraq Ukraynanın yanında olacaq.
OXŞAR XƏBƏRLƏR