Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA

Bəzi ərazilərə yağış yağır - FAKTİKİ HAVA
SOSİAL
11:52 25.03.2026
244
Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçib, lakin səhər saatlarından bəzi yerlərdə yağış yağır.

"Report" xəbər verir ki, bu, Milli Hidrometeorologiya Xidmətinin martın 25-i saat 11:00-a olan məlumatında qeyd edilib.

Düşən yağıntının miqdarı Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Naxçıvan, Şahbuz, Culfa, Şəki, Naftalan, Goranboy, Mingəçevir, Ağdam, Tərtər, Yevlax, Yardımlı, Lerikdə 1 mm-dək olub.

Bakıda və Abşeron yarımadası, Gəncə, Naftalan, Xaltan, Lerik, Astarada duman müşahidə olunur, görünüş 200-500 metrədək məhdudlaşır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan MR-da 17, Aran rayonlarında 23, dağlıq rayonlarda isə 18 dərəcəyədək isti qeydə alınıb.
OXŞAR XƏBƏRLƏR