Daim qalmaqallı açıqlamaları ilə diqqət çəkən aktrisa Könül Yusif qızı bu dəfə bəzi ərli qadınları hədəf alıb.
AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, aktrisa ərinə xəyanət edən qadınlarla bağlı sosial şəbəkə hesabında maraqlı açıqlamaları ilə yadda qalıb.
Könülün sözügedən açıqlamasını təqdim edirik:
"Bəzi toylarda bəzi ərli qadınlar az qalır "muzikant", ofisiant, administrator, operator, fotoqrafı da gecə ər qarışıq evə aparsın. Allah gözünüzü doydursun, əriniz var da..., bir abır-həya eləyin də...! Nədir, öhdəlik götürmüsünüz? Plan doldurursunuz?
Ər maygülü də kişi-kişi oturub yanında, tualetə də özu aparır ha. Guya qoruyur. Elə də abırlı geyindirir, xirtdəyəcən bağlı. Ta demir, tualetə aparmaqla, bağlı geyindirməklə deyil. Göz, qaş, baxış dinc dayanmır".