"Bəzi ictimai birliklər bu sektora zərər verir" - Bəhruz Məmmədzadə

"Bəzi ictimai birliklər bu sektora zərər verir" - Bəhruz Məmmədzadə
SOSİAL
15:25 12.09.2025
260
"Mənim 20-yə yaxın medalım var və onların hamısı dövlətimiz tərəfindən xidmətlərimə, çəkdiyim əziyyətlərə görə verilmişdir. Bu təltiflər mənim üçün dəyərlidir, amma hesab edirəm ki, insan üçün ən ali mükafat Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etməkdir".

AZXEBER.COM xəbər verir ki, bu sözləri Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə ayrı-ayrı şəxslərin saxta orden və medallarla təltif edilməsi haqda yayılan xəbərlərə münasibət bildirərkən deyib.

O bildirib ki, rəhbəri olduğu QHT-yə də münasibət eynidir:

"Hər kəsə, o cümlədən bütün QHT-lərə hörmətlə yanaşıram. Bilirəm ki, mənə və rəhbəri olduğum QHT-yə də münasibət eynidir. Ancaq burada ən vacib məqam insanın özünə olan hörmətdir. Əgər bir şəxs özünə hörmət edirsə, bu, onun davranışlarında da əksini tapır və cəmiyyət tərəfindən qiymətləndirilir. Dövlətimiz QHT sektorunun inkişafını, savadlılığın artmasını və QHT-lərin cəmiyyətdə çəkisinin olmasını dəstəkləyir".

Birlik sədri bəzi ictimai birliklərin bu sektora zərər verdiyini deyib:
 
"Təəssüf ki, bəzi ictimai birliklər bu sektora zərər verir, onun imicini zədələyir. Belə halları görmək insanlarda ruh düşkünlüyü yaradır, çünki bir neçə şəxsin məsuliyyətsiz davranışı illərlə formalaşan etimadı sarsıda bilər. Əziz insanlar, əgər "olmaz” deyilirsə, deməli doğrudan da olmaz! Qaydaları pozmaqla və qanunlara məhəl qoymamaqla nəyəsə nail olmaq mümkün deyil. Unutmayaq ki, ən şərəfli təltif vətənə vicdanla, sədaqətlə və peşəkarlıqla xidmət etməkdir. Bu prinsipi rəhbər tutan QHT-lər həmişə dəstəklənəcək və nüfuz qazanacaq".
OXŞAR XƏBƏRLƏR