Bəzi ixtisaslar üzrə ali məktəblərə müsabiqədənkənar qəbul aparılacaq

Bəzi ixtisaslar üzrə ali məktəblərə müsabiqədənkənar qəbul aparılacaq
SOSİAL
16:55 16.02.2017
803

Azərbaycanda tələbələr bəzi ixtisaslar üzrə ali təhsil müəssisələrinin birinci kursuna müsabiqədənkənar qəbul oluna bilər.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsindən APA-ya verilən xəbərə görə, bu məsələ nazirlik tərəfindən Nazirlər Kabinetinə göndərilən təklifdə öz əskini tapıb. Nazirliyin təklifində ali məktəblərdə hazırlıq fakültələrinin təşkili qeyd olunub. Təkliflərə əsasən, hazırlıq fakültələri özəl və regionlarda fəaliyyət göstərən bir sıra dövlət universitetlərində yaradıla bilər. Bütün ixtisaslara şamil edilməyəcək qruplarda təhsil yalnız ödənişli əsaslarla aparılacaq.

 

Hazırlıq fakültələrinə qəbul ali təhsil müəssisələrinə tələbə qəbulunun yekun nəticələri elan olunduqdan sonra müəyyən olunmuş ixtisaslar üzrə boş qalan yerlərə, abituriyentlərin qəbul imtahanlarında əldə etdikləri nəticələrə əsasən, yeni müsabiqə şərtləri ilə həyata keçirilə bilər. Tədris ilində müvəffəqiyyətlə təhsil alanlar həmin ixtisas üzrə ali təhsil müəssisəsinin birinci kursuna müsabiqədənkənar qəbul olunaraq, təhsillərini ödənişli əsaslarla davam etdirə bilər.

 

 

Qeyd edək ki, Təhsil Nazirliyi ali təhsil müəssisələrində hazırlıq fakültələrinin təşkili məqsədilə Nazirlər Kabinetinin qarşısında təkliflə çıxış edib. Təkliflər Nazirlər Kabineti tərəfindən təsdiq olunduğu təqdirdə ali təhsil müəssisələrinə tələbə qəbulunda müvafiq dəyişikliklər olacaq.

 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zakir İbrahimov nazir təyin olunur?
16:41 12.08.2025
Zakir İbrahimov nazir təyin olunur?
Milyonluq reklam gəlirləri, 90 minlik cərimə: Blogerlər vergiyə necə cəlb olunur? - ARAŞDIRMA
16:09 12.08.2025
Milyonluq reklam gəlirləri, 90 minlik cərimə: Blogerlər vergiyə necə cəlb olunur? - ARAŞDIRMA
“Donald Tramp Nobel Sülh Mükafatına layiqdir” - Deputat
16:07 12.08.2025
“Donald Tramp Nobel Sülh Mükafatına layiqdir” - Deputat
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Prezidentə müraciət ünvanlayıblar
15:49 12.08.2025
Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərləri Prezidentə müraciət ünvanlayıblar
"Heç nəyin yoxdur" dedilər - Xəstəxanadan çıxarkən ürəyi dayandı
15:38 12.08.2025
"Heç nəyin yoxdur" dedilər - Xəstəxanadan çıxarkən ürəyi dayandı
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
15:29 12.08.2025
MİQ üzrə vakansiya seçimi mərhələsinin nəticələri elan edilib
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
15:21 12.08.2025
Qarabağ Universiteti 7-ci Türkoloji Yay Məktəbinə ev sahibliyi edir - FOTOLAR
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
15:16 12.08.2025
"Muğam" müsabiqəsinin finalı Laçında keçiriləcək
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
15:11 12.08.2025
Azərbaycanda problemli kreditlərin yarıdan çoxu Beynəlxalq Bankın payına düşür
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
15:04 12.08.2025
İki mindən artıq müəllim sertifikasiya imtahanında keçid balını toplamadı
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
14:45 12.08.2025
İndoneziyada vulkan püskürdü, ardınca da zəlzələ oldu
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
14:38 12.08.2025
Leysan Məmmədov barəsində yayılan xəbərlərdən danışmaq istəmədi
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
14:34 12.08.2025
Astroloq: Bu gündən etibarən Merkuri retrosu bitdi
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
14:21 12.08.2025
Ukrayna Rusiyanın helium müəssisəsini vurdu - Raket və kosmik sənayesi iflic ola bilər
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
14:14 12.08.2025
75 minə yaxın müəllim əməkhaqlarını əlavələrlə alacaq
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub
14:07 12.08.2025
Müəllimlərin sertifikasiyasının müsahibə mərhələsinin keçiriləcəyi tarix məlum olub