'Bəzi müğənnilər kimi, məşhurlarla oxuyub gündəmə gəlmək fikrim yoxdur' - FOTOLAR + VİDEO

MAQAZİN
09:57 26.03.2013
2073

Gənc müğənni Şölə Səfərəliyeva "Sevən ürəklər" qrupu ilə birlikdə "Əlvida" adlı klipinin təqdimetmə mərasimini keçirib.Müğənni AZXEBER.COM-a açıqlamasında, “Nəhayət ki, biz arzumuza çatdıq və “Sevən Ürəklər” qrupu ilə birlikdə yeni mahnımızı ərsəyə gətirib, təqdim edə bildik. Düşünürəm ki, fərqli bir klip oldu. Gücümüz, imkanımız nəyə çatdısa, onu da etdik. Qaldı ki, klipin neçəyə başa gəlməsinə, iki peraşki qiymətinə çəkilib”.Daha sonra solo fəaliyyətindən danışan Şölə, “Yeni bir klip çəkdirmişəm. Bir neçə aydan sonra həmin klipi də sizlərə təqdim edəcəm. Bundan əlavə onu da bildirim ki, gənc reperlərdən Orxan Həyatla duet oxumağı planlaşdırırıq. Mən heç vaxt şöhrətə qaçmamışam. Bəzi müğənnilər kimi, məşhurlarla oxuyub gündəmə gəlmək fikrim yoxdur. Mən sənətimlə yaddaşlarda qalmaq istəyirəm” deyə davam edib.Qeyd edək ki, klipin rejissoru, sözləri və musiqisi qrupun üç gənc ifaçıları Nicat Zeynallı, Nail Yusifov və Şaiq Çələbiyə aiddir.Ozal İbrahimli

OXŞAR XƏBƏRLƏR