"Bəzi müsəlman ölkələrinin Ermənistanla əlaqə saxlaması İslamın ruhuna ziddir" - PA rəsmisi

"Bəzi müsəlman ölkələrinin Ermənistanla əlaqə saxlaması İslamın ruhuna ziddir" - PA rəsmisi
SİYASƏT
14:10 20.04.2017
889

Bəzi müsəlman ölkələrinin Ermənistanla müxtəlif sahələrdə əlaqə saxlaması İslamın ruhuna ziddir.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşıBəhruz Həsənovdeyib.

Onun sözlərinə görə, həmin dövlətlər müsəlman ölkəsi olan Azərbaycanın ərazilərini işğal edən Ermənistanla əməkdaşlıq edirlər:

"Azərbaycanın işğal altındakı ərazilərində olan məscidləri, qədim tarixi abidələri dağıdan bir işğalçı ölkə ilə əməkdaşlıq etmək digər müsəlman ölkəsinə yaraşmır. İşğalçı dövlətlə əməkdaşlıq etmək İslam həmrəyliyini pozmaq deməkdir".

 

OXŞAR XƏBƏRLƏR