Bəzi sərnişinlərin metroya buraxılmaması məsələsinə aydınlıq gətirildi - AÇIQLAMA

Bəzi sərnişinlərin metroya buraxılmaması məsələsinə aydınlıq gətirildi - AÇIQLAMA
SOSİAL
12:28 23.09.2022
314

Paytaxtda ictimai nəqliyyatın, o cümlədən də Bakı Metropoliteninin vətəndaş sıxlığı problemi uzun illərdir, müzakirə edilən, lakin real həlli hələ də tapılmayan problemlərdən biridir. 

AZXEBER.COM xəbər verir ki, "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov mediaya açıqlamasında metroda sərnişin hərəkətinin nəzarətə götürüləcəyi və vətəndaşların platformaya hissə-hissə buraxılacağını açıqlayıb.

Maraqlıdır, görəsən, metropoliten belə bir addım atarsa, bu mexanizm nə cür tənzimlənəcək? 

Sualın cavabını Bəxtiyar Məmmədovun özündən öyrəndik.

Mətbuat katibi BAKU.WS-ə bildirdi ki, Bakı Metropolitenində sıxlığı aradan qaldırmaq məqsədilə bir sıra tədbirlər görülür. Bunlar arasında ən son variant da sərnişinlərin platformaya hissə-hissə buraxılmasıdır: 

"Belə olan halda qatarlara minik və platforma üzərində hərəkət sayı azalacaq. Vətəndaşlar metroya minən zaman alternativ girişlərdən istifadə etsə, yaxud da 28 May stansiyasına daxil olmaq üçün Cəfər Cabbarlı stansiyasından istifadə etsələr, sıxlıq bir qədər azalar. Bu halda vətəndaşlar təxmini 50 metr artıq yol qət edər. Bunun da qarşılığında metroya girişdə gözləməz".

B.Məmmədovun sözlərinə görə, belə təcrübələr dünyanın hər yerində istifadə edilir. Hətta biz bu təcrübəyə 2019-cu ildə müraciət emişik:

"Həmin il metroya hissə-hissə giriş təmin olundu. Bu da platformalarda sıxlığın azalmasına gətirib çıxardı. Metropolitenin əsas məqsədi vətəndaşların təhlükəsiz gediş-gəlişini təmin etməkdir. Atılan addımlar da bu məqsədi yerinə yetirmək üçündür".

Məlumdur ki, metroya sərnişinlərin hissə-hissə daxil olmasına icazə verilsə, bu zaman elə girişlərdə sıxlıq yaşanacaq. Hər gün işə, məktəbə və s. yerlərə tələsən yüzlərlə sərnişinin də hərəkətinə maneə yarana bilər. Bu addımın ümumi ictimai nəqliyyata və sərnişindaşımaya göstərəcəyi təsirləri araşdırmaq məqsədilə nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədovla həmsöhbət olduq.

O bildirdi ki, Bakı Metropolitenində insanların hərəkətini tənzimləmək effektiv nəticə verməyəcək:

"Daha çox günün pik saatlarında metroda sıxlıq müşahidə olunur. Bu zaman da sərnişin axınını nəzarətə almaq çox çətin görünür. Ona görə də metroda sıxlığın aradan qaldırılması üçün başqa mühüm addımlar atılmalıdır".

Nəqliyyat eksperti onu da vurğuladı ki, Bakı metrosunun heç bir alternativi yoxdur. Metrodan geri qaytarılan vətəndaşı daşıya biləcək və vaxtında mənzilbaşına çatdıracaq alternativ yerüstü marşrut növü mövcud deyil.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Axios": ABŞ İranın Xarq adasında quru əməliyyatı ssenarisini araşdırır
09:05 16.03.2026
"Axios": ABŞ İranın Xarq adasında quru əməliyyatı ssenarisini araşdırır
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
08:42 16.03.2026
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"