Bəzi şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq

Bəzi şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq
SOSİAL
10:44 17.06.2026
247
Azərbaycanda bəzi şəxslərdən sürücülük vəsiqəsi tələb olunmayacaq.

AZXEBER.COM xəbər verir ki, Oxu.Az-ın "Qanun nə deyir?" rubrikasında avtonom nəqliyyat vasitəsinə nəzarət edən şəxslərdən sürücülük vəsiqəsinin tələb olunmamasından bəhs olunub.

Qanunvericiliyə "avtonom nəqliyyat vasitəsi" anlayışı daxil edilir. Sözügedən məsələ Milli Məclisdə müzakirəyə çıxarılıb.

Layihədə qeyd olunur ki, "avtonom nəqliyyat vasitəsi" insan müdaxiləsi olmadan və ya minimal müdaxilə ilə ətraf mühiti müəyyən edə və təhlükəsiz şəkildə hərəkət edə bilən nəqliyyat vasitələridir.

Həmçinin avtonom nəqliyyat vasitəsinin avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etmək üçün sürücülük vəsiqəsi tələb olunmayacaq.

Bundan başqa, bildirilir ki, avtonom nəqliyyat vasitəsinin texniki parametrləri imkan verdiyi halda onun bilavasitə idarə edilməsi zamanı həmin nəqliyyat vasitəsini idarə edən şəxsin müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır.
OXŞAR XƏBƏRLƏR