Bəzi siqaretlərin qiyməti yenə qalxdı

Bəzi siqaretlərin qiyməti yenə qalxdı
SOSİAL
10:32 26.01.2017
2356
Azərbaycanda siqaretlərin qiyməti yenidən qalxıb.

2.50 manata satılan "Kent”, "Davidoff” və digər markalı siqaretlər bir neçə gün əvvəl 20 qəpik, 2 manata qədər olan siqaretlər isə 10 qəpik bahalaşsa da, bu artım da son olmayıb.

Belə ki, az öncə parakəndə satış məkanlarında 2.70 manata satılan siqaretlər 30 qəpik qalxıb. Artıq "Kent-4”, "Davidoff” və digər bu markalı siqaretlər 3 manat olub. 1.80 manata satılan "Winiston” və bu kimi siqaretlər isə artıq 2-2.10 manata parakəndə satışa çıxarılıb.
 
 
///mia.az
OXŞAR XƏBƏRLƏR