“Bəzi vətəndaşlara uçuş növbəsi 3-4 ay sonra çata bilər”

“Bəzi vətəndaşlara uçuş növbəsi 3-4 ay sonra çata bilər”
SOSİAL
13:48 21.07.2020
833
"Naxçıvana reyslərin sayı artırılmasa, bəzi vətəndaşlarımıza uçuş növbəsi 3-4 aydan sonra çatacaq”. 

AZXEBER.COM xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkədə paylaşım edib. Qeyd edib ki, ölkəmizdə daxili uçuşlardan paytaxtla Naxçıvan arasındakı hava əlaqəsi bərpa olunsa da, reyslərin az olması səbəbindən bu imkandan istifadə edənlərin sayı hələ də məhduddur: 

"Belə ki, Bakıdan Naxçıvana uçuşlar həftədə 1 gün və ya 4 dəfə həyata keçirilir. Hər uçuş zamanı 100, həftə ərzində maksimum 400, ayda isə 1600 vətəndaşımız paytaxtdan Naxçıvana təyyarə ilə gedə bilir. Bizə olan müraciətlər göstərir ki, hazırda hər iki istiqamət üzrə getmək istəyənlərin sayı kifayət qədər çoxdur. İlkin qiymətləndirmələrə görə, ilk sərt karantin tətbiq olunduqdan sonra Bakıda qalan 6 mindən çox vətəndaşımız Naxçıvana getmək barədə müraciət edib”. 

Millət vəkilinin sözlərinə görə, ayda ən çox 1600 sərnişinin bu uçuş xətlərindən istifadə etməsinin mümkünlüyünü nəzərə aldıqda indi Bakıdan Naxçıvana getmək istəyən vətəndaşımızın bir qismi oktyabr və hətta noyabr ayı üçün yer sifariş etdirmək məcburiyyətində qalıblar: 

"AZAL-ın təyyarə parkının imkanlarını nəzərə aldıqda uçuşların sayının və günlərinin ən azı 2 dəfə artırılması məqsədəuyğun olardı. Təyyarə ilə uçmaq istəyən vətəndaşlar koronavirusa yoluxmamaq haqqında arayış tələbinə və eləcə də getdikləri yerdə bəlli müddətdə özünütəcridə əməl etmək şərti ilə uçuşlardan istifadə edə bilərlər. Bu, bir tərəfdən virusun yayılmasının qarşını alacaq, digər tərəfdən isə Bakı ilə Naxçıvan arasındakı hava nəqliyyatının mərhələli şəkildə tam bərpasına imkan yaradacaq”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
02:21 09.07.2025
Netanyahu: İsrail Qəzzada qarşına qoyduğu məqsədləri yerinə yetirmək niyyətindədir
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
01:15 09.07.2025
Ukraynanın ABŞ və bəzi ölkələrdəki səfirləri dəyişdiriləcək
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
23:52 08.07.2025
Vətən müharibəsi iştirakçısının ölümünə həkim səhlənkarlığı səbəb olub? - VİDEO
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
23:36 08.07.2025
ABŞ Ukraynaya silah və hərbi texnika tədarükünü bərpa edib
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
23:26 08.07.2025
"Şamaxı" braziliyalı futbolçu ilə müqavilə imzaladı
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
23:16 08.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar, iki ölkə arasında gərginlik yarandı
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
22:58 08.07.2025
ABŞ BRICS üzvlərinə 10 faizlik idxal rüsumu tətbiq edəcək
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
22:42 08.07.2025
Gədəbəydə iki avtomobil toqquşub, xəsarət alanlar var
Aşıq Əhliman insult keçirib
22:33 08.07.2025
Aşıq Əhliman insult keçirib
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
22:27 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
22:19 08.07.2025
Əraqçi: ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu səmimi şəkildə göstərməlidir
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
22:08 08.07.2025
Marko Rubio Azərbaycan-Ermənistan sülh razılaşmasının tezliklə əldə olunacağına ümid edir
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
21:54 08.07.2025
Xalq artisti Röya Ayxandan nümunəvi addım – tanımadığı qıza əlil arabası hədiyyə etdi
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
21:42 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
21:30 08.07.2025
Bakıda yerləşən bağçada nöqsanlar aşkarlandı
Netanyahu Trampla yenidən görüşəcək
21:18 08.07.2025
Netanyahu Trampla yenidən görüşəcək