Ölkə ərazisinin bəzi yerlərində arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Milli Hidrometeorologiya Xidmətindən AZXEBER.COM-a verilən məlumata əsasən Balakən-Şəki zonasının ayrı-ayrı yerlərində yağıntılar intensiv olub.
Düşən yağıntının miqdarı Zaqatalada 42, Balakəndə 14, Yardımlıda 13, Qəbələdə 5, Lerikdə 4, Astarada 3, Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xankəndi, Xocalı, Füzuli, Lənkəran, Cəfərxan, Neftçala, Biləsuvar, Beyləqanda 1 mm-dək qeydə alınıb.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraitinin 17-si axşamadək davam edəcəyi gözlənilir.