Bəzi yerlərə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA

Bəzi yerlərə yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA
SOSİAL
10:48 09.04.2025
730
Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.

Bu barədə AZXEBER.COM-a Milli Hidrometeorologiya Xidmətinin saat 10:00-a olan məlumatında qeyd edilib.

Bildirilib ki, Naxçıvan, Şahbuz, Zaqatala, Şəki, Qax, Balakən, Quba, Qusar, Xınalıqda arabir yağış, Şahdağda isə qar yağır.

Balakən, Quba, Qusar və Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 m-dək məhdudlaşır.
OXŞAR XƏBƏRLƏR