‘Bəzi zabitlər əsgərlərə təzyiq göstərərək telefonlarına kontur yüklədirlər’ - Deputat

SİYASƏT
00:08 01.09.2014
1357

“Əksər valideyinlər həqiqətən də uşaqların normal əsgərlik keçməsinə imkan vermirlər”.

AZXEBER.COM-un məlumatına görə, bu sözləri Millət vəkili Fazil Mustafa sosial şəbəkədə öz profilində yazıb. O, prezident İlham Əliyevin əsgərlərin hərbi hissədə müxtəlif məişət işlərinə cəlb olunması ilə bağlı açıqlamasına münasibət bildirib. O, bəzi zabitlərin əsgərlərə təzyiq göstərdiyini və valideynlərin də bunun qarşılığında həmin zabitlərin istəklərini yerinə yetirdiklərini qeyd edib:

“Orduda yemək bişirilməsinin və təsərrüfat işlərinin mülki şəxslərlə müqavilə əsasında həyata keçirilməsi barədə Ali Baş Komandanın göstərişinin doğru bir qərar olduğunu düşünürəm. Mən Sovet ordusunda Ukraynada Daxili Qoşunlarda xidmət etmişəm. Bizdə bu işləri müqavilə əsasında mülki şəxslər yerinə yetirirdi və əsgərlər bütün günü hərbi təlimlərlə məşğul olurdu. Həqiqətən də təsərrüfat işləri zabitləri və əsgəri əsas vəzifəsinin icrasından uzaqlaşdırır. Ümumiyyətlə əsgərlərin və zabitlərin ayrı-ayrı komandirlərin şəxsi təsərrüfatında çalışması, yuxarı komandirlər üçün çoxsaylı xidmətçi-əsgər personalının mövcudluğu probleminə də diqqət yetirmək lazımdır. Əsgərinəsas vəzifəsi mümkün qədər qısa müddətdə ona təhkim olunan silahı mükəmməl səviyyədə istifadə etməyi bacarmaqdır. Bir də ən vacib məsələ valideynlərin hər həftə ciddi bir səbəb olmadan hərbi hissədə övladlarına baş çəkmə ənənəsinin dəyişilməsidir. Uşaq mobil telefonla hər gün danışır, yenə də ürəkləri toxdamır. Kamçatkada, Vladivastokda deyil, uzaqbaşı Bakıdan 5 saatlıq yoldur, Əksər valideyinlər həqiqətən də uşaqların normal əsgərlik keçməsinə imkan vermirlər. Bundan istifadə edən bəzi məsuliyyətsiz zabitlər və gizirlər də uşaqlara təzyiq göstərərək telefonlarına kontur yüklədirlər və ya başqa mənfəətlər güdürlər. Ən rahat xidmət edən əsgər, əsasən arxasınca valideyinin hər ay gəlmədiyi əsgərlər olur”.

OXŞAR XƏBƏRLƏR