"Bəziləri efirdən elə məsləhətlər verir ki, biz utanırıq" - İlahə sərt tənqid etdi

"Bəziləri efirdən elə məsləhətlər verir ki, biz utanırıq" - İlahə sərt tənqid etdi
MAQAZİN
13:55 02.09.2025
301
Xanəndə İlahə İbadova açıqlaması ilə gündəm olub.
 
AZXEBER.COM xəbər verir ki, sənətçi "Günə bax" verilişində bəzi tənqidi fikirləri ilə diqqət çəkib.
 
İbadova efirə dəvət olunan müğənnilərin repertuarlarına diqqət etməli olduğunu vurğulayıb:
 
"Tamaşaçıya zövqlü musiqi təqdim etmək bizim borcumuzdur. Çünki xalqı, insanları maarifləndirməyin bir yolu da bizik. Kimi musiqisi ilə, kimi sözləri ilə... Çünki insanlar efirə baxanda bizdən çox şey götürür. Gözəl musiqi təqdim edəndə və insanlar onu dərk edəndə, adamın xarakteri də yaxşı mənada dəyişir. Elə həmkar dostlarım var ki, deyirlər filan verilişdə bu sözü yaxşı dedin, dəstəkləyirlər. Amma deyirəm tək mən deməklə olmur, siz də bunu deməlisiniz. Efirdə hər musiqi səslənməməlidir. Gözəl bəstəkarlardan oxumaq lazımdır. Hər dövrdə belə problemlər olub, amma indi daha çoxdur".
 
Bəzi aparıcılar deyir ki, siz efirə çıxmırsız deyə o müğənilər çıxır. Onsuz da biz də çıxanda yanımızda ödənişli müğənilər çıxır. Bu da normaldır. Amma onlara deyilməlidir ki, repertuarı dəyişib gəlin. Heydər Əliyev Sarayında bu gözəl adət var. Bəyənmədiyi müğənniyə deyir get, repertuarını dəyiş gəl! Bunu efirə də şamil etmək olmazmı? Efirə uyğun 3 mahnı hazırlamaq belə çətindir? Onlarla adam təsadüfən toya da düşəndə, gəlir keçir, heç salam da vermir. Aparıcı ona elə sual verir, o da elə ağıllı cavab verir ki, biz efir qarşısında utanırıq. Özünüzdə olmayan şeyi xalqa məsləhət görməyin. Əvvəl insan aynada özünə baxar. Məni sosial verilişə çağıranda deyirəm ki, "Mən yoldaşımdan ayrılmışam. Mən necə gəlib o verilişdə ailə haqqında məsləhət verə bilərəm?".
 
Aysel
OXŞAR XƏBƏRLƏR